Regionda ilk dəfə Azərbaycanın ev sahibliyi edəcəyi Kiberdiplomatiya üzrə beynəlxalq konfransda hər birinizi salamlayırıq. Bu gün biz tarixdə diplomatiya və texnologiya sahələrinin birləşdiyi mühüm dövrdəyik. Kiberdiplomatiyanın yaranması beynəlxalq münasibətləri yenidən formalaşdırır, həm yeni misilsiz imkanlar, həm də təxirəsalınmaz tədbirlər görülməsinə dair çağırışlar təqdim edir.
Kiberdiplomatiya, kiberməkanın mürəkkəb və davamlı inkişaf edən kəşf edilməmiş hissəsində məqsədlərə nail olmaq üçün diplomatik vasitələrdən və təşəbbüslərdən istifadəni nəzərdə tutur. Yeni nəsil texnologiyaların tətbiqi və onların bərabərində gətirdiyi təhlükələrin artan tendensiyalarının timsalında aydın olur ki, kiberdiplomatiya təkcə bir seçim deyil, həm də bir-biri ilə əlaqəli dünyamızda beynəlxalq sabitliyin və təhlükəsizliyin gücləndirilməsi üçün zərurətdir. Bu konfrans tərəfdaşlığın təşviqi, bilik mübadiləsinin aparılması və innovativ həlləri təşviq etmək üçün dəyərli katalizator olduğunu sübut etdi. Məlumat üçün bildiririk ki, Kiberdiplomatiya üzrə beynəlxalq konfansın iştirakçıları eyni ərəfədə keçirilən “5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi”ndə də iştirak üçün dəvətnamə və nəqliyyat ilə təmin ediləcəklər.